Bunu jurnalistlərə açıqlamasında ASSİ-nin direktoru Sabiq Abdullayev deyib.
Onun sözlərinə görə, bunda məqsəd Azərbaycan ərazisində tikinti sahəsi ilə bağlı yeni beynəlxalq standartların tətbiq olunmasıdır:
“Məlum olduğu kimi artıq Azərbaycanda yeni Neft Emalı Kompleksinin layihələndirmə işlərinə başlanılıb. Bununla bağlı ASSİ ilə ARDNŞ arasında razılaşma əldə edilib. Bunda məqsəd Neft Emalı Kompleksinin layihələndirilməsi, tikintisi və gələcəkdə istismar zamanı istifadə olunacaq beynəlxalq standartların Azərbaycanda tətbiq edilməsi, eləcə də milli standartlar kimi qəbul edilməsidir.
Bu razılaşmanın müddəti 6 ildir və bu müddət ərzində 2 minə yaxın beynəlxalq standart Azərbaycan ərazisində milli standart kimi tətbiq olunacaq”.