Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda “İnteqrasiya olunmuş idarəetmə sistemləri” mövzusunda seminar keçirilir

Bakıda “İnteqrasiya olunmuş idarəetmə sistemləri” mövzusunda seminar keçirilir
Bu gün Bakıda “İnteqrasiya olunmuş idarəetmə sistemləri” mövzusunda seminar işə başlayıb.


Iki gün davam edəcək seminar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (ASSİ) və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə keçirilir.



Qeyd edək ki, seminarın məqsədi inteqrasiya olunmuş idarəetmə sistemlərinin tərkib hissəsi olan müxtəlif sahələr üzrə fəaliyyətlərin üstünlüklərini cəmləşdirmək, bu haqda məlumatları təbliğ etməkdir.



Tədbiri açan ASSİ-nin rəhbəri Sabiq Abdullayev ölkəmizdə standartlaşdırma sahəsində görülən işlərdən danışaraq bildirib ki, son illər ərzində bir çox sahələrə aid dövlət standartları qəbul edilib və onların tətbiqi üçün müvafiq işlər görülüb.



Azərbaycanın standartlaşdırma sahəsində beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etdiyini deyən institut rəhbəri Britaniya Standartlar İnstitutu ilə də əlaqələrin inkişafına böyük önəm verdiklərini vurğulayıb.



Tədbirdə çıxış edən Britaniya Standartlar İnstitutunun MDB üzrə direktoru Dimitri Yartsev BSİ-nin yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məlumat verib. Onun sözlərinə görə, dünyada qəbul olunan standartların təxminən 60 faizi BSİ tərəfindən hazırlanıb.



D.Yartsev Azərbaycanla BSİ arasında əlaqələrin bir qədər zəif olduğunu deməklə yanaşı, əlaqələrin getdikcə güclənəcəyinə ümidvar olduğunu sözlərinə əlavə edib.



O, Azərbaycanda standartlaşdırma, texniki tənzimlənmə sahəsində əldə olunan nailiyyətlərdən məmnunluğunu da xüsusi qeyd edib.


Teqlər:
Bu xəbər cəmi 1425 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR