Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı metrosunda 5 vaqon istifadəyə verildi

Bakı metrosunda 5 vaqon istifadəyə verildi


Bakı Metropoliteninin xətlərinə əsaslı təmir edilən 5 yeni vaqon buraxılıb.



Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilib ki, Tbilisi elektrik qatarlarının təmiri zavodunda yenilənmiş vaqonlar haqqında danışan "Nərimanov" elektrik deposunun baş mühəndisi Bağır Bağırov qeyd edir ki, bu qatar tərkibi 25 ildən artıq idi xətlərdə istismar olunurdu.



Müasir dövrdə fərqli vaqonların istehsalı ilə əlaqədar onlara qulluq xeyli çətinləşmişdi, ehtiyat hissələri tapmaq çətinləşmişdi. Əsaslı təmir zamanı vaqonların modernləşdirilməsinə məhz bu səbəbdən xüsusi diqqət yetirilib.



Mütəxəssisin sözlərinə görə, təmirlə bağlı danışqlar aparılarkən, metropoliten rəhbərliyi, əsasən, işçi hissələrin müasirləşdirilməsinə diqqət etməyi mütəxəssislər qarşısında vəzifə kimi qoymuşdu.



Yeniliklər arasında əsas vəzifəsi sərnişin salonunu işıqlandırmaq və akkumulyator batareyalarını doldurmaq olan akkumulyator yığıcıları və qidalanma blokunu qeyd etmək olar. Bunlar yeni nəsil istehsalı olduğundan qulluğu və istismarı xeyli sadələşməklə yanaşı, həm də asanlaşıb.



Sərnişinlərin diqqətini çəkən əsas dəyişiklik bu sistemlərin təsiri ilə qatarın səs-küyününün xeyli azalmasıdır. Təmirin keyfiyyətinə nəzarət etmək üçün bir neçə dəfə Tbilisiyə səfər etmiş depo rəisinin istismar üzrə müavini Akif Əhmədov deyir ki, dəyişdirilən avadanlıq və detalların dünyanın aparıcı müəssisələrinin istehsalı olmasına və standartlara cavab verməsinə də xüsusi diqqət edilib. Əksər detallar dünyada tanınan Qərbi Avropa ölkələrinin məhsuludur.



2013-cü ildə metropoliten üçün ən əhəmiyyətli hadisələr sırasında modernləşdirilməklə 10 vaqonun əsaslı təmir edilərək xəttə buraxılması da yer alacaq. Müstəqillik dövründə metropolitenin fəaliyyətinin və bu xüsusda vaqon parkının yeniləşdirilməsinin vacibliyinə xüsusi diqqət yetirmiş ulu öndər Heydər Əliyevin 90 illiyinin qeyd edildiyi mayın 10-da ilk 5 belə vaqonun xəttə buraxılmışdı.


Teqlər:
Bu xəbər cəmi 10395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR