Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, pensiya artımının hansı həcmdə olması DSMF-nin imkanlarından asılı olacaq. S.Müslümov bildirib ki, hazırda DSMF-də sosial sığorta haqlarının toplanması üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilir və pensiya artımının daha böyük olması üçün bu proses davam etməlidir: «Artımın hansı aydan və hansı məbləğdə olacağı barədə bir söz deyə bilmərəm, amma biz bununla bağlı öz təkliflərimizi verəcəyik».
Fond rəhbəri bildirib ki, hazırda DSMF-nin maliyyə-büdcə şöbəsi bu proqnozlar üzərində işləyir: «Proqnozlar ona aid olacaq ki, artımlar hansı aydan və hansı məbləğdə olsa, DSMF-nin büdcəsi buna davam gətirər».
S.Müslümov xatırladıb ki, pensiya artımı sonrakı bütün dövrdə qüvvədə olduğundan, bütün məsələləri nəzərə almaq lazımdır: «Yəni tək bu ili düşünmək olmaz, ona görə də azı 3 illik proqnozlarımızda müvafiq variantları çıxarmaq lazımdır. Artıq ilk 2 ayın nəticələrinə görə fondun daxilolmaları proqnozları 15% üstələyir. Bu o deməkdir ki, bizə pensiya artımını təmin etmək üçün kifayət qədər vəsait daxil olacaq. İndi sonuncu variantlarla da tanış olandan sonra fondun adından öz təkliflərimizi ölkə rəhbərliyinə təqdim edəcəyik».