Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Zakir Həsənovun iki ayı: nə dəyişdi? – HESABAT

Zakir Həsənovun iki ayı: nə dəyişdi? –  HESABAT
İki aylıq dövrdə 50-dən artıq orta və yüksək vəzifəli hərbi qulluqçu ehtiyata göndərildi və ya başqa vəzifəyə göndərildi


Bü gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun vəzifəyə təyin olunmasından iki ay vaxt keçir. Ümumilikdə bu dövrü yekun olaraq qiymətləndirmək hələ tezdir. Amma bir sıra məsələləri artıq qeyd etmək olar. Öncədən bildirək ki, yanvarın birinci 10 günlüyündə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2013-cü ildə Silahlı Qüvvələrimizdə baş verən proseslərə dair mətbuat konfransı keçirəcək və bu tədbirdə ordudakı durma dair hesabat ortaya qoyulacaq.



Bəzi məqamları söyləmək olar: İki aylıq dövrdə 50-dən artıq orta və yüksək vəzifəli hərbi qulluqçu ehtiyata göndərildi və ya başqa vəzifəyə göndərildi. Bu dövrdə Müdafiə Nazirliyində kadr islahatlarının aparıldığı barədə məlumatlar verildi. Lakin bu kadrların Azərbaycan Silahlı Qüvvələrinə hər hansı fayda verəcəyinə inanmaq çox çətindir. Birincisi, bu kadrların əksəriyyəti bir vaxtlar Səfər Əbiyevin yaxın adamları olublar və beləliklə, ordumuzdakı pis durumun ortaya çıxmasında, korrupsiya və rüşvətxorluğun tüğyan etməsində, əsgər ölümlərinin sayının artmasında onların da birbaşa və dolayı məsuliyyəti var. İndi həmin kadrları yenidən vəzifəyə gətirməklə orduda hansısa ciddi dəyişikliklərin olacağına inanmaq sadəcə saəlövhlükdür. İkincisi, bu kadrlar arasında NATO standartlarına uyğun kimisə tapmaq çox çətindir və məlumatlara görə, onların hamısı Sovet hərb sisteminin yetirmələridirlər və beləliklə, bu kadrlarla Azərbaycan Silahlı Qüvvələrində hansısa NATO standartlarının tətbiq olunacağı inandırıcı deyil.



Zakir Həsənov vəzifəyə gələndən sonra Azərbaycan Silahlı Qüvvələrinin ştat-strukturunda müəyyən dəyişikliklər edilir, belə ki müavinlərin sayı artırılır, mənzil-tikinti məsələlərinə cavabdeh olan strukturlarda dəyişikliklər edilir, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ləğv edilib, tenderlərin şəffaflıq məsələləri ilə bağlı bir sıra addımların atılacağı barədə bəyanatlar səsləndirilir, orduda bir sıra texniki vəzifələrə mülkilərin gətiriləcəyi barədə məlumatlar var, Naxçıvanda yeni ordu strukturu yaradılır və s. Amma bunların nə dərəcədə səmərəli olması mübahisə doğurur. Birincisi, əgər hakimiyyətin Azərbaycanda Silahlı Qüvvələrin quruculuğu ilə bağlı hər hansı strategiyası, vizionu, rəsmi baxışları yoxdursa onda yeni müdafiə naziri orduda necə inqilabi dəyişikliklər edə bilər?! Əgər Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinası Silahlı Qüvvələr quruculuğu perspektivi ilə bağlı aydın konturlar ortaya qoymursa, Strateji Müdafiə İcmalı deyilən mühüm sənədin müzakirəsi və qəbulu naməlum səbəblərdən gecikdirilirsə, onda hansı islahatlara ümid etmək olar? Sözsüz ki, ordudakı bir sıra vəzifələrə - təmizləyici, aşbaz, sürücü və s. vəzifələrə mülki şəxslərin gətirilməsi ideyası yaxşıdır. Amma əgər Azərbaycanda şəxsi heyətin planlaşdırılması, ixtisarlar, hərbi-mülki münasibətlər barədə NATO ilə razılaşdırılmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında əksini tapan bir sıra müddəaların icrasından boyun qaçırılırsa, onda sözügedən ideyanı necə qiymətləndirmək olar? 



 “Doktrina” JHAM ekspertləri Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasını əsaslandırılmamış qərar hesab edir. Düzdür, bu, müdafiə nazirinin səlahiyyətindən kənar məsələdir, amma düşünürük ki, ölkə rəhbərliyi qərarı verərkən əsasən müdafiə nazirinin mövqeyinə əsaslanıb. Hesab edirik ki, bu qərar Azərbaycan Silahlı Qüvvələrinin bir mərkəzdən idarəolunması istiqamətində problemləri ortaya çıxacaq və ən əsası, hərbi xərclərin lazımsız məsələlərə yönləndirilməsinə gətirəcək. Eyni zamanda bu qərar Naxçıvandakı hərbi hissələrdə hərbçilərin hüquqlarının pozulması hallarının qarşısını almayacaq, korrupsiyanın miqdarının daha da artmasına gətirib çıxaracaq. Bu qərarın Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılmasına səbəb olacağı barədə ciddi şübhələr var. 



Əsas diqqət doğuran məsələ vəzifələrindən çıxarılaraq aşağı vəzifələrə göndərilən zabitlərlə bağlıdır. Bir sıra məlumatlara görə, həmin zabitlərin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Əgər belədirsə, aşağı vəzifələrə göndərilmə cəzalandırılma formasıdırmı? Ümumiyyətlə, iki aylıq müddətdə hansı zabitlər və nəyı görə cəzalandırılıb? Ümumiyyətlə, yeni müdafiə naziri hansı problemləri həll etməyə çalışır? Onun əsas məqsədi nədir? Bütün bu suallar öz cavabını gözləyir. Bu baxımdan problemlərdən biri də Müdafiə Nazirliyində həyata keçirilən islahatların məzmunu, perspektivlər barədə hələ də ictimaiyyətə dolğun məlumatın verilməməsidir. Qısa desək Müdafiə Nazirliyinin informasiya siyasəti hələlik cəmiyyəti qane etmir. Hətta bir qədər təəssüf hissi də formalaşıb ki, MN mətbuat xidmətinin işində köhnə - Eldar Sabiroğlu dövrünün qaydalarından istifadə olunur. Fikrimizcə, mətbuatda, sosial şəbəkələrdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar barədə çoxsaylı qeyri-dəqiq məlumatların yayılmasının əsas məsuliyyəti Müdafiə Nazirliyinin yeni rəhbərliyinin üzərindədir. İki ay müddətində cəmiyyətə konkret məlumat verilməyib. Fikrimizcə, nazir Zakir Həsənov mətbuat konfransının keçirilməsini təmin etməli və nazir olduğu müddət dövründə həyata keçirilən islahatlarla bağlı açıqlama veriməlidir. Bu tədbirdə islahatların gələcəyinə dair aydın baxışlar – vizion ortaya qoyulmalıdır. Eyni zamanda Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşlarının kimlərdən ibarət olduğu bəlli olmalıdır. Müdafiə Nazirliyinin cəmiyyət – QHT və Media ilə əməkdaşlıq üzrə dəqiq konturlar olmalı və bunlar bəyanat şəklində səsləndirilməlidir. Silahlı Qüvvələrə vətəndaş nəzarəti istiqamətində görülən və gələcəkdə görüləcək tədbirlərin siyahısı açıqlanmalıdır və s. Bunlar olmayacaqsa, onda Səfər Əbiyevin dövründəki ordudan fərqli bir şey görə bilməyəcəyik və ordu-cəmiyyət münasibətlərində hər hansı inkişaf gözlənilmir.



Əsas problemlərdən biri Səfər Əbiyev dövründə Müdafiə Nazirliyi tərəfindən yerinə yetirilməmiş çoxsaylı məhkəmə qətnamələri ilə bağlıdır. Xüsusi olaraq hərbi qulluqçulara verilməli olan bir sıra ödənişlər – 3-cü qat əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə ödənişlər və istifadə olunmamış əşya əmlaka görə ödəmələrlə bağlı vəziyyət qaranlıqdır. Yeni müdafiə nazirinin bütün bu məsələlərə münasibətinin necə olması barədə ortada hər hansı informasiya yoxdur.



İki müsbət məsələ sözsüz ki diqqətimizdədir. Birincisi Zakir Həsənov gələndən sonra iki ay müddtində Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrində əsgər ölümlərinin sayının diqqətçəkənn dərəcədə azalması ilə bağlıdır. Oktyabrın 22-dən bu günə qədər ordumuzda 2 əsgərimiz dünyasını dəyişib, onlardan biri düşmən gülləsindən, digəri isə rəsmi versiyaya görə ürək çatışmazlığından dünyasını dəyişib. Əgər 2012 və 2011-ci illərin sözü gedən dövrləri ilə müqayisə aparsaq fərqi görərik. Belə ki həmin illərin müvafiq dövründə hər il üzrə ən azı 10-12 hərbi qulluqçumuz dünyasını dəyişmişdi. Sözsüz ki, bu qüsurlu müqayisə hesab oluna bilər. Zakir Həsənovun dövründə əsgər ölümlərinin statistikasının azalıb-azalmaması tendensiyası barədə yekun fikrimizi yanvarın sonlarında deyə biləcəyik. Amma əgər ötən iki ilin statistikasına diqqət yetirsək 2013-cü ili son 3 ilin ən az əsgər ölümü olan il kimi xarakterizə etmək olar. Bunda ilin əvvəlində keçirilmiş etiraz aksiyalarının xüsusi rolu vardır. 



Eyni zamanda bildirək ki, yeni müdafiə naziri hərbi hissə komandirllərinə göstəriş verib ki, əsgər və zabitlərdən pul yığılması, onların hesabına təmir-tikinti işlərinin aparılması dayandırılsın. Eyni zamanda məzuniyyətə çıxmalı amma Əbiyev dövründə əssassıs əngəllərlə üzləşmiş əsgər və zabitlər üçün şərait yaradılıb ki evlərinə getsinlər. Daha bir məsələ uzun illər bir ərazidə xidmət edən hərbi qulluqçuların, xüsusilə də zabit və gizirlərin rotasiyası, yerdəyişməsi barədə qərarların olmasıdır. İndi yerlərdəki komandirlər hələlik bütün bu əmrlərə tabedirlər. Amma bir müddətdən sonra necə olacaq? Yenə qanunsuz pul yığımı başlayacaqmı? Yenə zabitlərin hüquqlarını pozacaqlarmı? Bunu daha sonra demək mümkün olacaq. Amma onu qeyd edək ki, bu iki ay müddətində yalnız Naxçıvandakı hərbi hissələrdən şikayətlər mətbuatda işıq üzü görüb. Həmin hərbi hissələrin bir sıra zabitləri birləşmə komandiri Kərəm Mustafayevdən narazılıqlarını bildirirdilər. Amma indi Kərəm Mustafayevə komandan statusu verərək onu nazir müavini eləmək dəyişikliklərin nə dərəcədə ordu quruculuğuna xodmət etməsi barədə ciddi suallar yaradır.



İkinci müsbət məsələ, nəhayət, Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin olması barədə rəsmi məlumatın yayılmasıdır. Bəlli oldu ki, president İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq olunması barədə Fərmanı 18 dekabr 2013-cü il tarixində imzalayıb. Azərbaycan Müdafiə Nazirliyinin yarandığı 1991-ci ildən bu yana bu qurumun Əsasnaməsi yox idi və bu həm də ona dəlalət edirdi ki, qurumda səlahiyyət və funksiyaların harada başladığı və harada bitməsi barədə konkret qaydalar mövcud deyildi. İndi Əsanamənin elan olunması nəhayət, hakimiyyətdə ordu quruculuğuna dair hansısa konkret baxışların formalaşması barədə düşüncələr formalaşdırsa da sənədin tam mətninin ortada olmaması, eyni zamanda sənədə istinadən səslənmiş rəsmi fikirlər ciddi şübhələr yaradır.



Bütün bu məsələlər hələlik ilkin müşahidələrimiz nəticəsində ortaya çıxanlardır. Amma daha ciddi təhlilimiz yanvarın əvvəllərində sizlərə təqdim olunacaq.



Müdafiə Nazirliyi sistemində həyata keçirilən dəyişikliklərlə bağlı sizin də fikirlərinizi öyrənmək bizə maraqlı olacaq. Lütfən [email protected] ünvanına yazın. Biz mütləq sizin fikirlərinizi nəzərə alacağıq. 



Cəsur Sümərinli,



“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru


Teqlər:
Bu xəbər cəmi 1670 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR