Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mətbuat Şurası jurnalistlər üçün müsabiqə elan etdi

Mətbuat Şurası jurnalistlər üçün müsabiqə elan etdi


Bu gün Azərbaycan Mətbuat Şurasının və «Azərsun Holdinq»in birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusunda yazı müsabiqəsinin başlandığı elan olunub. Bununla bağlı Şurada keçirilən mərasimdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər iştirak ediblər.



Toplantını giriş sözü MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açaraq bildirib ki, Şuranın müxtəlif qurumlarla birgə jurnalistlər üçün yazı müsabiqələrini keçirməsi artıq ənənəyə çevrilib. Mövcud mənada «Azərsun Holdinq»lə əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. «Belə yaradıcılıq müsabiqələri jurnalistlərin ayrı-ayrı sahələr üzrə ixtisaslaşması işinə yaxından töhfə vermək baxımından da xüsusi önəm daşıyır. Elan etdiyimiz müsabiqənin media nümayəndələrini zeytunçuluq kimi qədim ənənələrə malik sahənin təbliğinə stimullaşdırması xüsusilə sevindirici haldır. Hesab edirəm ki, ayrı-ayrı qələm sahiblərinin məsələyə diqqət göstərməsi nəticəsində nəinki zeytunçuluğa maraq artacaq, eyni zamanda onun dünya miqyasında Azərbaycan məhsulu kimi tanıdılması işində də konkret nəticələr əldə olunacaq», - deyən V.Rəhimzadə müsabiqədə iştirak edəcək kütləvi informasiya vasitələri təmsilçilərinə uğurlar arzulayıb.



«Azərsun Holdinq»in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov təmsil olunduğu qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş söhbət açaraq bunların içərisində «Zeytun bağları» yağ markasına xüsusi önəm verildiyini vurğulayıb. O bildirib ki, Mətbuat Şurası ilə birgə keçirilən müsabiqə zeytun ağaclarının qorunması və zeytunçuluğa olan marağı artırmaq məqsədi daşıyır. «Müsabiqə yalnız ilk addımımızdır. Onun yekunlarının açıqlanacağı mart ayında jurnalistlərin iştirakı ilə zeytun ağaclarının əkilməsi aksiyanı da reallaşdırmaq istəyirik», - deyən A.Səfərov «Zeytun bağları»nın Azərbaycanın yağ brendi kimi dünyada tanıdılmasının da müstəsna səciyyə daşıdığını vurğulayıb və «Azərsun Holdinq»in mövcud istiqamətdə gördüyü işlər haqqında da məlumat verib.



MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında «Azərsun Holdinq»in jurnalist fəaliyyətinin səmərəli təşkilinin stimullaşdırılması baxımından Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər üçün örnək olduğunu qeyd edib. Yazı müsabiqəsinin əhəmiyyətini bu baxımdan əsaslandıran T.Abbas KİV təmsilçilərinin əməli iş müstəvisində holdinqin müəyyənləşdirdiyi xəttə dəstək göstərəcəklərinə əminliyini bildirib.



MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Azərbaycanda fəaliyyət göstərən şirkətlərin öz işlərinin təbliği nöqteyi-nəzərdən media faktoruna önəm verməsini müsbət hal olaraq dəyərləndirib. Eyni fikri bölüşən «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli həmçinin bildirib ki, zeytunçuluq bir xalqın qədimliyindən, tarixi ənənələrə malikliyindən xəbər verən önəmli təsərrüfat sahəsidir. «Buna görə də mövcud sahədə görülən işlər xalqın, ölkənin tanıdılmasına xidmət sayılmalıdır», - deyən baş redaktor Mətbuat Şurasının «Azərsun Holdinq»in timsalında özəl sektorla əməkdaşlığının jurnalistikamız üçün səmərəliliyindən də söz açıb.



«Azərsun Holdinq»in nümayəndəsi Ellada Şiriyeva «Zeytun bağları» yağ məhsulunun keyfiyyət xüsusiyyətlərinə dair ətraflı məlumat verərək onun dünyada məhz Azəbaycan məhsulu kim tanıdılmasının qürurverici məqam olduğunu vurğulayıb, jurnalistlərin “Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusundakı müsabiqədə aktiv iştirakının müsbət nəticələr verəcəyinə inandığını deyib.



MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə və Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da çıxışlarında jurnalistləri mövzuya həssas yanaşmağa, peşəkar nümunələr təqdim etməyə çağırıblar.



Sonda toplantıda iştirakçılarına «Azərsun Holdinq»in «Zeytun bağları» yağ məhsulları təqdim edilib.


Teqlər:
Bu xəbər cəmi 955 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR