Dünya bazarlarında neftin qiyməti artıb.
Nyu-Yorkun NYMEX (“New York Merchantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,24 dollar bahalaşaraq 99,04 dollar olub.
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir bareli 0,66 dollar qalxaraq 110,29 dollar təşkil edib.