Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Metrodakı ləngimənin səbəbi açıqlandı - Yenilənib

Metrodakı ləngimənin səbəbi açıqlandı - Yenilənib
Səhər saatlarında Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edən qatarlar hər stansiyada ən azı 3 dəqiqə dayanıb.


11:47



Metropoliten səhər baş verən verən hadisə ilə əlaqədar məlumat yayıb.



Məlumata əsasən bu gün səhər “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda “Nizami-28 May” mənzilində nasazlıq aşkar olunub.



Maşinist qatar dispetçerinə nasazlıq barədə məlumat verdikdən sonra, “28 May” stansiyasında sərnişinlər boşaldılıb və qatar “Nərimanov” elektrik deposuna yola salınıb. Lakin sərnişinləri boşaltmış qatar “28 May-Gənclik” stansiyaları arasında tuneldə qalıb.



Bu zaman, müvafiq təlimatın tələblərinə uyğun olaraq, arxadan hərəkət edən qatardan da sərnişinlər “28 May” stansiyasında boşaldılaraq, nasaz qatara kömək üçün yola salınıb. Hər iki qatar, təlimat tələblərinə uyğun olaraq, 20 km/saat sürətlə “Nərimanov” elektrik deposuna yola salınıb.



Bu səbəbdən də qatarların hərəkətində 5 dəqiqəlik gecikmə qeydə alınıb.



Hadisə zamanı sərnişinlərə hər hansısa xətər yetirilməyib.


Teqlər:
Bu xəbər cəmi 1970 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR