Bu müddətdə 9,7 milyard manatlıq tikinti-quraşdırma işləri görülüb.
Əsaslı vəsaitin 74,1 faizini və ya 10,8 milyard manatını daxili investisiyalar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 14,8 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 26,7 faiz artıb.
Məhsul istehsalı obyektlərin inşasının aparılmasına investisiyanın 50,6 faizi, yaxud 7,4 milyard manat sərf olunub.