Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib.
Onun sözlərinə görə bu mərkəzdə Gəncə şəhəri də daxil olmaqla 10 rayonun sakinlərinə xidmət göstəriləcək.
İ.Kərimov təxminən 1milyon sakinin bu mərkəzdən faydalana biləcəyini qeyd edib.
O eyni zamanda gələn il bir neçə rayonda Asan xidmət mərkəzlərinin açılacağını deyib.