Bankdan verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 24,2 mln. manat və ya 8,5% artaraq 310 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 dekabr 2013-cü il tarixinə 179,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 dekabr 2013-cü il tarixinə 154,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 20,7% və ya 26,5 mln. manat çoxdur.
Bankın 1 dekabr 2013-cü il tarixinə məcmu kapitalı isə 57,4 mln. manat olub, bu isə Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.
“DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.