Azərbaycanın bu ilin 11 ayındakı ticarət dövriyyəsi ötən ilin analoji dövründən 3.86 % artıq olub.
Bu ilin 11 ayında Azərbaycanın ticarət dövriyyəsinin 21 mlrd. 993 mln. 246 min dolları ixracın, 9 mlrd. 728 mln.561 min dolları isə idxalın payına düşüb.
Bu ilin 11 ayında ixrac əməliyyatı keçən ilin müvafiq dövrünə nisbətən 0.46 % azalıb. İdxal əməliyyatında isə hesabat dövründə 15% artım müşahidə olunub.
Hesabat dövründə 6 051 çeşiddə mal idxal olunub, 2 031 çeşiddə isə mal ixrac olunub.
İxrac əməliyyatlarında dövlət sektorunun payı 20 mlrd. 514 mln. 174 min dollar, özəl sektorun payı 1 mlrd.266 mln. 062 min dollar, fiziki şəxslərin payı isə 213 mln. 009 min dollar təşkil edib.
Hesabat dövründə idxal əməliyyatlarının isə 3 mlrd. 010 mln. 443 min dolları dövlət sektoru, 6 mlrd. 274 mln. 235 min dolları özəl sektor, 443mn. 882 min dolları isə fiziki şəxslər vasitəsilə həyata keçirilib.
Bu ilin 11 ayında Azərbaycanın ticarət dövriyyəsində 12 mlrd. 264 mln. 684 min dollar məbləğində müsbət saldo yaranıb.