Püşkatma nəticəsində bütün komandaların rəqibləri məlum olub.
Reqlamentə əsasən, qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaqlar. Bu mərhələdə eyni ölkənin təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə görüşməyəcək.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 18-19 və 25-26 fevral, cavab görüşləri isə 11-12 və 18-19 mart tarixlərində keçiriləcək.
Püşkatmanın nəticəsi:
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)
"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)
"Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)
"Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa)
"Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)
"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)
"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)