Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağıntılı olacağı, sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Tibbi meteoroloji proqnoza əsasən, Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.