Təhsil naziri Mikayıl Cabbarov müəllimləri bu gün keçirilən qurultayında üzr istəyib.
Buna səbəb nazirin protokol qaydasını pozması olub.
"Mən bütün qurultay iştirakçılarından çox üzr istəyirəm. Çünki, qurultayın ssenarisini, planını pozdum. İlk olaraq Prezident Adminstrasiyının nümayəndəsi İlham Əliyevin təbrik məktubunu oxumalı idi. Amma mən ilk çıxış elədim. Buna görə də üzr istəyirəm"
Qeyd edək ki, bundan sonra prezident İlham Əliyevin təbrik məktubunu Adminstrasiya nümayəndəsi Fatma Abdullazadə oxuyub.