Bu sözləri nazir Mikayıl Cabbarov bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Müəllimlərinin XIV qurultayında deyib.
O bildirib ki, müəllimlər əsasən ucqar rayonlardan imtina ediblər: “Bunun əsas səbəbi iş yerlərinin mərkəzlərdən uzaq olmasıdır. Bunun üçün regionlara gedən müəllimlərin şəraiti yaxşılaşdırılmalıdır”.
Nazir işdən imtina edən müəllimlərin 82 faizinin qadın olduğunu, bu sahədə problemin aradan qaldırılması üçün müəllimlərin həvəsləndiirlməsi, onlar üçün xüsusi ipoteka rejiminin tətbiq olunmasını zəruri sayıb.