Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

6 məktəbdə enerji auditi aparılacaq

6 məktəbdə enerji auditi aparılacaq


ATƏT-in Bakı ofisinin və Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə bu gün Bakıda Azərbaycanda enerji effektivliyinin artırılması mövzusunun müzakirəsi aparılıb.



 Mütəxəssislər tərəfindən müzakirə olunan məsələ ilə bağlı təkliflər irəli sürülüb.



Konfransda iştirak edən SPARE beynəlxalq proqramının Azərbaycan üzrə rəhbəri Nailə İsmayılova enerji səmərəliliyinin təhsil prosesinə inteqrasiyasından danışıb. Qeyd edib ki, bu məqsədlə fəaliyyətlərin 3 istiqamətdə aparılması vacibdir.



Bunlardan biri tədris proqramlarının enerji səmərəliliyi istiqamətində təkmilləşdirilməsi və tərtib edilməsidir: “Bu məktəbəqədər təhsildən ali məktəbəqədər olan təhsilin bütün pillələrini əhatə etməlidir. Tədris proqramlarına salınmış müvafiq mövzular bu istiqamətdə fənnlərarası inteqrasıyanı təmin etməyə imkan verir”.

N.İsmayılova enerji effektivliyinin artırılması məqsədilə extra-kurrikulum fəaliyyətlərinin həyata keçirilməsini, eyni zamanda vizual və əyani vəsaitlərin hazırlanmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi SPARE proqramı çərçivəsində 11 Noyabr Enerjiyə Qənaət Günü kimi qeyd edilir və bu gündə proqramda iştirak edən məktəblər və məktəblilər bir-birindən maraqlı layihələrlə çıxış edirlər.



Proqram rəhbərinin toxunduğu digər bir məsələ məktəb idarəetməsində enerji effektivlik məsələsinin təbliği və məktəb administrasiyası üçün faydalı ola biləcək materialların hazırlanması olub. Onun sözlərinə görə enerji səmərəliliyi məsələsinin gündəlik idarəetməyə daxil edilməsi məktəbdaxili iqlimi və komfort şəraitin yüksəldilməsi üçün uğurlu vasitə ola bilər.



Çıxışında N.İsmayılova digər bir vacib məsələ kimi tətbiqi layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb: “Hazırda Avropada 2020-ci ilədək “0 enerji tələbatlı” məktəblərin tikilməsi və mövcud olan məktəblərin bu istiqamətdə yenilənməsi üçün proqramlar həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan özünün iqtisadi potensialı ilə belə layihələri həyata keçirməyə qadirdir.

Hazırda Amerika səfirliyinin dəstəyi ilə “Yaşıl məktəbim” layihəsini həyata keçiririk. Layihə çərçivəsində seçilmiş 3 pilot rayondan olan 6 məktəbdə enerji auditi aparılacaq və nəticələrə dair müvafiq dövlət qurumlarına tövsiyyə hesabatları hazırlanacaq.



Bir neçə gün əvvəl biz mütəxəssislərlə birlikdə Ucar rayonunda olduq və rayonun 2 məktəbində audit apardiq. İlkin əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, təkcə damın izolyasiyasını həyata keçirməklə 4 saylı məktəbdə istilik itkisini 40 % azaltmaq olar”.


Teqlər:
Bu xəbər cəmi 2220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR