Dekabrın 13-də Hacıqabul rayonunun Padar kəndinə təbii qaz verilməsi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, 190 abonenti olan Padar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 50 000 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 190 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd olunub ki, Padar kəndinə təbii qazın verilməsi ilə rayonun qazlaşdırılması tam başa çatıb.