“Yenimeydan.info” AzərTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkənin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak ediblər. Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Dövlət başçısı mərasimdə çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyin inkişafı sahəsində gördüyü işlərdən danışıb.
Sonra ehsan süfrəsi açılıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib.