Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gənc mühəndislər üçün “Qış mühəndislik düşərgəsi” başlayır

Gənc mühəndislər üçün “Qış mühəndislik düşərgəsi” başlayır
“Caspian Engineers Society” (CES) ənənəvi olaraq artıq VI “Qış mühəndislik düşərgəsi”ni elan edir.


Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.



Düşərgə hər il olduğu kimi bu il də gənc mühəndislərə tanınmış şirkətlərə ekskursiyalar, praktiki və nəzəri biliklər, səmimi əhatə və əyləncə vəd edir.



Tələbələrin akademik biliklərini real sənayeyə inteqrasiyasını təmin etmək, komanda daxilində işləmə bacarıqları aşılamaq, peşəkar mühəndislərin təcrübələrindən yararlanmaq, eləcə də müəyyən fərdi inkişaf keyfiyyətləri qazandırmaq məqsədilə təşkil olunan “Qış mühəndislik düşərgəsi” hər il olduğu kimi bu il də müsabiqə şəklində keçiriləcək.



Müsabiqə 3 mərhələdən ibarət olacaq. İlkin mərhələdə onlayn müraciət formalarını göndərən namizədlərdən tələblərə cavab verən 100 iştirakçı seçilərək ikinci mərhələyə dəvət olunacaq. 12 yanvar 2014-cü il tarixində keçiriləcək 2-ci mərhələdə tələbələrin məntiq, ingilis dili və mühəndislik sahəsinə aid ümumi bilikləri yoxlanacaq.



Bu mərhələni uğurla keçən 35 tələbə 3-cü mərhələdə iştirak edə biləcək. 3-cü və son mərhələ olan müsahibə mərhələsi isə 19 yanvar 2014-cü il tarixində keçiriləcək. Bu mərhələni də uğurla keçən 25 tələbə “Qış mühəndislik düşərgəsi”ndə iştirak etmə hüququ qazanacaq.



“Qış mühəndislik düşərgəsi”ndə adları qeyd olunmuş universitetlərin tələbələri iştirak edə bilərlər: Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və s. yerli universitetlər, Moskva Dövlət Universiteti (Bakı Filialı), Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatik Akademiyası Xaricdə yerləşən texniki universitetləri.



“Qış mühəndislik düşərgəsi” 01-07 fevral 2014-cü il tarixləri arasında keçiriləcək. Bu müddət ərzində iştirakçıların BP, “Azersun”, “Schlumberger”, “Baker Hughes”, “Azercell” kimi şirkətlərə ekskursiyaları təşkil olunacaq, eləcə də peşəkar mühəndislər tərəfindən müxtəlif seminarlar keçiriləcək. Sonda iştirakçılara sertifikat təqdim olunacaq.



Qeyd edək ki, müraciət üçün son tarix 5 yanvar 2014-cü il tarixinədəkdir. Əlavə məlumatları thecesworld.org saytından əldə etmək olar.


Teqlər:
Bu xəbər cəmi 1050 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR