Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ketrin Eşton İnsan Hüquqları Günü münasibətilə bəyanatla çıxış edib

Ketrin Eşton İnsan Hüquqları Günü münasibətilə bəyanatla çıxış edib
İnsan hüquqları Avropa İttifaqının əsas prinsiplərindəndir.


Bu barədə 10 dekabr İnsan Hüquqları Günü münasibətilə Avropa İttifaqı adından Ali nümayəndə Ketrin Eştonun bəyanatında deyilir.



Ali nümayəndə qeyd edib ki, bu il 1993-cü ildə Vyanada İnsan Hüquqları üzrə keçirilmiş beynəlxalq konfransın 20-ci ildönümüdür. Vyana bəyanatı və fəaliyyət proqramında bütün insan hüquqlarının universallığı təsdiq edilib, onların təşviqi və müdafiəsində tarixi tərəqqi əldə olunub.



“Bir il əvvəl Avropa İttifaqı İnsan Hüquqları və Demokratiya üzrə Strategiya Çərçivəsi və Fəaliyyət Planını qəbul edib, İnsan Hüquqları üzrə ilk xüsusi nümayəndəsini - Stavros Lambrinidisi təyin edib. O vaxtdan etibarən insan hüquqları və demokratiyanın Aİ-nın xarici fəaliyyətində mərkəzi məsələ olmasına diqqət ayırmışıq. Biz, əqidə və ya inam və lesbiyan, gey, biseksual, transgender və inters istifadəsi haqda yeni Aİ təlimatları qəbul etmişik. Bütün dünyada ölüm cəzasına qadağa qoymaq üçün uzun müddət kampaniya aparmışıq”.



K.Eşton vurğulayıb ki, Aİ dünyadakı bütün insanların hüquqlarına hörmət göstərməyə və onların müdafiəsini qəti şəkildə təşviq etməyə davam edir.



“Biz, bir çox ölkələrdə media və insan hüquqları müdafiəçilərinin hədə-qorxu, zorakılıq və senzuraya məruz qalması hallarının artmasından narahatıq. Bu gün bütün düşüncələrimiz insan hüquqlarını müdafiə etdikləri üçün təqibə məruz qalan şəxslərlədir. Aİ insan hüquqları və demokratiyaya və onları müdafiə edən tərəflərə öz mətin yardımını təklif etməyə davam edir”.


Teqlər:
Bu xəbər cəmi 1340 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR