Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Məlumata görə, Bülbülə qəsəbəsində Bəkirli küçəsi ilə Qurbanov küçəsinin kəsişməsində sərnişin avtobusu piyadanı vurub.Nuriyev Əli Mübariz oğlu idarə etdiyi “TemSA Prestij” markalı sərnişin avtobusu ilə 1939-cu il təvəllüdlü Məmmədov Əfrəfəli Məşədiabbasəli oğlunu vurub. 74 yaşlı piyada hadisə yerindəcə keçinib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, qəzanı törədən avtobus Əmircan qəsəbəsindən Bakıxanov qəsəbəsinə doğru hərəkət edirmiş.