“Atəşgah” Sığorta Şirkəti və Hesab.az müştəriləri üçün unikal online təklifləri hazırlamağa davam edir.
“Atəşgah” Sığorta Şirkətindən AzNews.az-a məlumata görə, uzunmüddətli əməkdaşlıq çərçivəsində “Atəşgah” SŞ və məşhur ödəniş portalı Hesab.az müştəriləri üçün növbəti təklif hazırlayıb. Bundan sonra istənilən avtomobil sahibi Hesab.az portalında “Atəşgah” SŞ-nin sadə və rahat sığorta məhsulu – “İcbari+” əldə etməklə öz mülki məsuliyyətinin limitini artıra bilər.
Dəyəri 19 AZN olan “İcbari+” məhsulu məsuliyyət limitini 10 min AZN-ə qədər artırmaq imkanı verir.
Bundan əlavə, “İcbari+” əldə etmiş hər bir müştəri, elə o andaca Hesab.az - dan 20 min. hədiyyə bonusu, həmçinin mobil telefonunun balansını 5 AZN dəyərində artırmaq imkanı əldə edir.
Sığorta şəhadətnaməsini əldə etmək üçün Hesab.az portalında “Sığorta” bölümünə daxil olmaq kifayətdir. Sığorta şəhadətnaməsi “Atəşgah” SŞ tərəfindən bir iş günü ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılır.
Onu da qeyd etmək lazımdır ki, daha əvvəl Azərbaycanda “Atəşgah” SŞ və Hesab.az portalı tərəfindən icbari avtomobil sığortasının onlayn satışı tətbiq olunub.
Yaxın perspektivdə müştərilərin rahatlığı və onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə digər məhsulların da tətbiqi planlaşdırılır. Əlavə məlumat üçün (012) 940 əlaqə nömrəsinə zəng edin!
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ “Atəşgah” Sığorta Qrupuna daxildir. 2012-ci ilin nəticələrinə görə, Qrupun sığorta haqları 53,5 mln. AZN, ödənişləri isə 13,2 mln. AZN təşkil edib. “Atəşgah” SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.