Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda elmi-praktik konfrans keçirilir

Bakıda “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda elmi-praktik konfrans keçirilir
Azərbaycan Dillər Universitetində (ADU) “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda respublika elmi-praktik konfrans öz işinə başlayıb.


Iki gün davam edəcək konfransda “Kompüter dilçiliyi”, “Kommunikativ səriştə kontekstində xarici dillərin tədrisi”, “Tərcümə problemləri və müasir linqvistik nəzəriyyələr” və “Bilik və dil modelləri” bölmələrində müzakirələr aparılacaq.



ADU-nun rektoru, millət vəkili Səməd Seyidov konfransı açıq elan edərək, tədbirin, ümumilikdə tədbirdə müzakirə ediləcək mövzuların əhəmiyyətindən danışıb.



Konfransın ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsinə düşdüyünü deyən S.Seyidov ADU-nun yaradılmasının məhz ulu öndərin adı ilə bağlı olduğunu diqqətə çatdırıb:



“Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1973-cü ildə Rus Dili və Ədəbiyyat İnstitutunun Qərb dilləri fakültəsinin nəzdində Azərbaycan Dillər İnstitutu yaradıldı. 2000-ci ildən isə həmin institut universitet statusu aldı. Hazırda universitetimiz öz fəaliyyətini uğurla davam etdirir, burada bir çox islahatlar, yeniliklər həyata keçirilir”.



Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Gültəkin Hüseynova çıxışında dövlət tərəfindən dilçiliyin inkişafına göstərilən qayğıdan danışıb.



Bu sahədə xüsusi dövlət proqramının olduğunu diqqətə çatdıran şöbə müdiri təhsil müəssisələrini dilçilik sahəsi ilə bağlı layihələrin həyata keçirilməsində aktiv olmağa, beynəlxalq qurumlarla və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirməyə, eləcə də onlardan daha çox qrant almağa çağırıb.



Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli də tədbirin əhəmiyyətindən danışaraq, son illər ərzində rəhbəri olduğu institutda dilçiliyin inkişafı sahəsində görülən işlər barədə məlumat verib.



İnstitut rəhbəri hazırda Azərbaycan dilinin izahlı lüğətinin hazırlandığını da diqqətə çatdırıb.



Çıxışlardan sonra konfrans işini plenar iclaslarla davam etdirib.


Teqlər:
Bu xəbər cəmi 1460 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR