Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gənc sahibkarların beynəlxalq şəbəkəsi təsis edildi

Gənc sahibkarların beynəlxalq şəbəkəsi təsis edildi


İstanbulda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşəbbüsü ilə tarixi ipək yolu üzərində yerləşmiş 25 ölkədən gəlmiş gənc iş adamlarının iştirakı ilə “Gənc sahibkarlar Şəbəkəsi” təsis olunub.



İclasda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov, Türkiyə gənclər və idman nazirinin müşaviri Ömər Faruk, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Türkiyənin gənc sahibkarlarını birləşdirən Müstəqil Sənayeçilər və İş Adamları” (Gənc MÜSİAD) təşkilatının vitse-prezidenti Yavuz Fattahoğlu iştirak edib.



Tədbirdə çıxış edən Fuad Muradov Şəbəkənin yaranma səbəbləri barədə danışıb. Deputat qeyd edib ki, bu şəbəkə tarixi ipək yolu üzərində yerləşən ölkələrin gənc sahibkarları arasında əlaqələrin yaranması və birgə fəaliyyəti üçün stimul olacaq. Gənc iş adamları bu şəbəkə daxilində fikir mübadiləsi apara, yeni biznes layihələri ilə bağlı əməkdaşlıq imkanlarını qazana biləcəklər.



Türkiyə gənclər və İdman nazirinin müşaviri Ömər Faruk İpək Yolu ölkələrinin gənc iş adamlarını birləşdirən belə Şəbəkənin yaradılmasını dəstəklədiklərini deyib. Ö.Faruk bildirib ki, bu təşəbbüs yeni əməkdaşlıq imkanlarının yaradılmasına rəvac verəcək.



Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov Şəbəkəyə üzv olan ölkələdə yaşayan gənc iş adamlarının birgə biznes və digər fəaliyyətdə qarşıqlıqı əməkdaşqlıq üçün şərait yaratdığını vurğulayıb. “Gənc MÜSİAD”-ın vitse prezidenti Yavuz Fəttahoğlu bildirib ki, gənc sahibkarlar üçün bu şəbəkə əlaqələrin qurulması üçün gözəl fürsətdir.



Daha sonra ipək yolu üzərində yerləşmiş 25 ölkədən gəlmiş gənc iş adamlarının iştirakı ilə şəbəkənin İdarə Heyəti yaradılıb. İdarə Heyətinə Ukrayna, Rumıniya, İordaniya, İsrail, Banqladeş və Hindistanı təmsil edən gənc iş adamları daxil olub. Toplanıtda şəbəkənin yeni veb saytı təqdim olunub və 2014-cü ili üçün fəaliyyət planı təsdiqlənib.



Aparılan müzakirələrdən sonra şəbəkənin rəsmi qeydiyyat məsələnin həlli və hər bir üzv ölkədə “beyin mərkəzlərinin” yaradılması qərara alınıb. İstanbulda həmçinin Şəbəkənin yaradılması ilə bağlı İslam Ölkələrinin Gənc Sahibkarlar təşkilatı və “Gənc MÜSAİD” üçün “İpək Yolu gənc sahiblarlar Şəbəkə”sinin təqdimatı keçirilib.



Qeyd edək ki, “İpək Yolu ölkələrinin gənc sahibkarlar Şəbəkəsi” “Böyük İpək Yolu” BGT-nin, Türkiyənin gənc sahibkarlarını birləşdirən “Gənc MÜSİAD” və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə yaradılıb.


Teqlər:
Bu xəbər cəmi 1115 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR