Məlum olduğu kimi, Bakıdakı ümumtəhsil müəssisələrində çalışan müəllimlər bir neçə gün öncə maaşlarının azalmasına görə, kütləvi şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mühasibatlıq şöbəsinə gedərək etirazlarını bildiriblər.
Məsələyə Starxeber.az əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı Fazil Mustafa münasibət bildirib:
Müəllimlərə qarşı növbəti sayğısızlıq nümunəsindən başqa bir şey deyil. Kimsə düşünmək istəmir ki, bu zavallı müəllimlərin onsuz da vəsaitinin xeyli hissəsi nəqliyyata, bahalı ərzaq istehlakına gedir, hərdən mən təəccüblənirəm ki, bu cür sıxıntılar içində müəllim necə şagird qarşısına çıxa bilir? Həqiqətən böyük fədakarlıqdır. İndi dövlətin bu müqəddəs peşə sahiblərinin 20 manatına göz dikməsi heç cür anlaşılan deyil. Məncə müəllimlər öz etirazlarını bildirməkdə haqlıdırlar və onların hüquqlarının qorunmasına hamımız dəstək verməliyik".