TŞ-nın 2 dekabr 2013-cü il qərarına əsasən, ölkə daxilində təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilib: (manat/min m3-la)
1. Təbii qazın emalı- 5,5 manat
2. Təbii qazın nəqli (hər 100 km məsafə üçün) - 2 manat
3. Təbii qazın qaz paylayıcılarına topdan satışı - 42 manat
4. Təbii qazın pərakəndə satışı - 100 manat
5. Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) - 80 manat
Qurumun 2 fevral 2007-ci il qərarında isə qiymətlər belə olub;
1. Təbii qazın müvəkkil qaz satıcılarına topdansatışı - 42 manat
2. Təbii qazın emalı («Azərbaycan Qaz Emalı» ASC üzrə) -5.5 manat
3. Təbii qazın nəqli (hər 100 km məsafə üçün)- 2 manat
4. Magistral kəmərlərə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələri (aylıq istehlakı 15 milyon m3-dən az olmamaq şərti ilə) - 42 manat.
Göründüyü kimi, sənaye müəssisələrinə, o cümlədən elektrik enerji istehsalı müəssisəsinə verilən təbii qəzanı qiymətin 42 manatdan 80 manata qədər qalxıb. Sözügedən müəssisələr isə «Azərkimya» və «Azərenerji»dir. SOCAR-ın «Azərenerji» ASC-yə verdiyi qazın qiymətini qaldırması elektrik enerjisinin də dəyərinin bahalaşmasına rəvac verə bilər. Belə aydın olur ki, növbəti bahalaşma elektrik enerjisində gözləniliməsi artıq qaçılmazdır. Digər tərəfədən, «Azərenerji» ASC-nin SOCAR böyük həcmdə borcu var. Bu borcu qaytara bilməyən qurum, qaz baha alandan sonra necə qaytaracaq sualı olaraq qalır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban «Bizim Yol»a bildirdi ki, ASC SOCAR-a olan qaz borcunu ödəməkdə çətinlik çəkir: «Aprelin 1-nə olan məlumata görə «Azərenerji»nin Dövlət Neft Şirkətinə qaza olan borcu 300 milyon manat səviyyəsindədir. Bu, Hesablama Palatasının açıqladığı bir rəqəmdir. Bu onu göstərir ki, «Azərenerji» çox aşağı səviyyədə yığım həyata keçirib».
Buna baxmayaraq, İ.Şaban elektrik enerjisinin tariflərinin bahalaşmasına iqtisadi əsas görmür: «Azərenerji» heç bir yarımstansiyanı öz hesabına həyata keçirmir. Bu baxımdan qazın min kubunu 80 manatdan alsa belə, elektrik enerjisinin maya dəyərinə təsir etmir. Avropa ölkələrində enerji qurumları qazın min kubunu 450-500 dollara alır. Bu «Azərenerji»nin aldığını qiymətdən 10 dəfə bahadır. Amma Avropa ölkələrində elektrik enerjisinin pərakəndə satış qiyməti 15 avrosentdir Azərbaycandakı qiymələrdən cəmi 2,5 dəfə baha.
Nəyə görə Azərbaycanda dövlət tərəfindən həyata keçirildiyi, qiymətlərin ucuz olduğu bir məkanda elektrik enerjisinin bahalaşacığını bəyan edirlər. Zərurətin, iqtisadi əsasın haradan yarandığını, insanların canından çıxarılmasının səbəbi nədir məlum deyil». /Bizimyolinfo.com/