Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səlim Müslümov vətəndaşları niyə aldatdı?

Səlim Müslümov vətəndaşları niyə aldatdı?
Quba rayonun bir qrup sakini Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Siyəzən rayonunda vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün yerinin dəyişdirilməsi və onların bu barədə məlumatlandırılmamasından şikayətçidirlər.


Sakinlər bununla bağlı “Qafqazinfo” ya müraciət edib.



Sakinlər qeyd edir ki, nazirlərin qəbulları ilə bağlı yayılan rəsmi məlumatda S. Müslümovun Siyəzən rayonunda şimal bölgəsinin əhalisi üçün qəbul keçirəcəyi bildirilirdi: “Lakin qəbula 1 gün qalmış agentliklərdə,  rəsmi mətbuatda və TV-də gedən alt yazılarda bu qəbulun Şabranda olacağı barədə yazılar getdi. Belə başa düşdük ki, qəbulun yeri dəyişdirilib və qəbul Şabranda olacaq. Bu üzdən də qəbul günü Şabrana getsək də, bizə qəbulun yenidən Siyəzəndə başladığı bildirildi”.



Sakinlər qeyd edir ki, onlar  Qubanın ucqar dağ kəndlərində yaşayır: “Həmin ərazilərə gündə 1 dəfə günorta saat 12-də avtobus işləyir. Vaxtın olmamasından biz nazirin qəbuluna düşə bilmədik və geriyə qayıtmalı olduq. İlin günün bu vaxtında bizimlə niyə qaçdı-tutdu oynanılır? Əvvəlki nazir Füzuli Ələkbərovun qəbuluna düşmək üçün yerli şöbədə qəbula yazılırdıq. Amma bizə qəbula düşməyə imkan yaradılmırdı ki, dərdimizi deyək. Müxtəlif yollarla bizi ələ almağa başlayırdılar. Bu dəfə qəbula yazılmadan nazirliyin  yerli şöbəsinə müraciət etmədən yeni nazir Səlim müəllimin qəbuluna düşmək istədik. Ancaq qəbulla bağlı yerin bu şəkildə dəyişdirilməsi üzündən görüşə gedə bilmədik.  Adətən dərc olunan qəbul siyahısında hər hansı dəyişiklik olanda əvvəlcədən deyilirdi. Səlim müəllimin qəbulu ilə bağlı niyə belə oyun oynadılar bilmədik. Ümid edirik ki nazir Qubaya gələndə bizi maneəsiz qəbul edəcək. Səlim müəllimə ümidimiz böyükdür və onun rüşvətxorliğun kökünü kəsəcəyinə inanırıq. Çünki Səlim müəllim hələ Fondun sədri olanda qəbuluna maneəsiz düşə, dərdimizi deyə bilirdik".



Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin dekabrın 4-də mətbuata yaydığı açıqlamada qeyd olunurdu ki, nazir Şabranda vətəndaşları qəbul edəcək. Növbəti gün isə nazirlik məlumata dəyişiklik edərək görüşün Şabranda deyil, Siyəzəndə baş tutacağı barədə informasiya yaymışdı. 


Teqlər:
Bu xəbər cəmi 1490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR