Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün rabitə işçilərinin peşə bayramıdır

Bu gün rabitə işçilərinin peşə bayramıdır
Bu gün rabitə və informasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.


Azərbaycan Prezidentinin 2 dekabr 2006-cı il tarixli sərəncamına əsasən hər il dekabr ayının 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.



6 dekabr Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb.



Poçt rabitəsinin çox qədim tarixi olsa da Azərbaycanda ilk telefon xətti 1881-ci ildə Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən çəkilib. Beləliklə, Azərbaycan rabitəsi 132 illik tarixi inkişaf yolu keçib.



Azərbaycanda rabitə və  informasiya texnologiyaları xüsusilə son illərdə sürətlə inkişaf edir.



Bu il isə Azərbaycan Prezidentinin sərəncamı ilə “İKT ili” elan olunub. “İKT ili”ndə ölkədə bu sahədə bir sıra yeniliklər həyata keçirilib. Azərbaycan ilk telekommunikasiya peyki “Azerspace-1” peykini orbitə çıxarıb, “Elektron hökumət” layihəsində böyük işlər görülüb.  



İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin və İnformasiya Texnologiyaları Universitetinin yaradılması istiqamətində görülən işlər sektor üzrə həyata keçirilən işlərin bir qismidir.



Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması və regionun İKT mərkəzinə çevrilməsi istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir. Bu mənada TransAvrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini qeyd etmək olar.



Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.



Hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir.


Teqlər:
Bu xəbər cəmi 1225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR