Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 06 dekabr 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək Ucar, Zərdab, Daşkəsən rayonlarına, Lənkəran şəhəri daxil olmaqla rayonun bir hissəsinə və Gəncə şəhərinin bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Həmçinin saat 10:00-dan 13:00-dək Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsinə, saat 10:00-dan 16:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Xəzər və Binəqədi rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək isə Qaradağ rayonunun bir hissəsinə və İsmayıllı rayonunun İvanovka kəndinə təbii qaz verilişində fasilələr olacaq.