Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı-Tbilisi-Qars üzrə ilk qatarın xəttə çıxma vaxtı açıqlandı

Bakı-Tbilisi-Qars üzrə ilk qatarın xəttə çıxma vaxtı açıqlandı
Hazırda Azərbaycanın nəqliyyat sektoruna investisiya qoyuluşları üçün münbit şərait yaradılıb.


Bu barədə nəqliyyat naziri Ziya Məmmədov İstanbulda keçirilən III Xəzər Forumunda çıxışı zamanı deyib.



O, qeyd edib ki, son beş il ərzində ölkənin nəqliyyat sektoruna cəlb edilmiş investisiyaların həcmi iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş investisiyaların 20 faizini təşkil edib:



“Beynəlxalq tranzit üçün əlverişli mövqeyə malik olan Azərbaycanda nəqliyyat sektoru xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Qafqazdan keçən bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Ticarət Limanın inkişafını qeyd etmək istərdim”.



Nazir bildirib ki, regionda həyata keçirilən qlobal enerji layihələri ilə yanaşı Azərbaycan, Türkiyə və Gürcüstanın birgə əməkdaşlığının məntiqi davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası sürətlə davam etdirilir:



“2014-cü ilin sonunda ilk sınaq qatarının buraxılması nəzərdə tutulub. Bu Avropa ilə Asiyanı birləşdirən yeni birbaşa dəmir yolu bağlantısının yaranmasını təmin edəcək”.



Z.Məmmədovun sözlərinə görə, dəmir yolu nəqliyyatında infrastrukturun  tam yeniləşməsi, yeni lokomotiv və vaqonların alınması üzrə işlər  aparılır ki, bu da öz növbəsində qatarların sürətinin artmasına, gələcəkdə sürət qatarlarının tətbiqinə imkan verəcək, daşımaların tez və təhlükəsiz həyata keçirilməsini təmin edəcək:



“Avtomobil yolları infrastrukturunun inkişafı, müasir yol şəbəkəsinin yaradılması ilə bağlı iri miqyaslı layihələrin icrası həyata keçirilir. Magistral avtomobil yollarında aparılan yenidənqurma işləri yerli daşımalarla bərabər beynəlxalq avtomobil daşımalarının da asanlaşdırılmasına və yol hərəkəti təhlükəsizliyinin qorunmasına şərait yaradacaq”.



Nazir bildirib  ki, Xəzərdə dəniz daşımalarının tezləşdirilməsi və həcminin artırılması üçün yeni bərələr və tankerlər alınaraq istifadəyə verilib. Məqsəd yüklərin Azərbaycan üzərindən tranzit keçidi üçün vaxt və məsafə baxımında daha əlverişli şəraitin yaradılmasıdır:  



“İpək yolunun mərkəzində yerləşən ölkələrdən biri kimi Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verir. Bu layihələr İpək yolunun canlanmasına, Xəzər dənizi regionunda birbaşa beynəlxalq avtomobil, bərə, dəmir yolu bağlantılarının yaradılmasına yönəldilib”.


Teqlər:
Bu xəbər cəmi 1990 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR