Bunu yaratmaqda isə məqsəd Azərbaycan ədəbiyyatını qardaş ölkədə tanıtmaqdır.
Təşkilatdan verilən məlumata görə, xeyli vaxtdır ki, Türkiyədə fəaliyyət göstərən kitab evləri və satış mərkəzlərində müşahidə aparılıb.
Amma təəssüflər olsun ki, əksər xalqlardan fərqli olaraq Azərbaycan yazarlarının kitablarına rast gəlinməyib. Hətta orada erməni və gürcü yazarlarının kitablarına da rast gəlmək mümkündür.
Səbəbini araşdırdıqda isə bəlli olub ki, bu kitabların əksəriyyəti adıçəkilən ölkələrin diaspor təşkilatları və hansısa iş adamının sponsorluğu ilə dərc olunub:
“AAQQ olaraq bu yöndə yeni layihəyə başlamaq və ildə bir neçə yazarımızın kitabını tərcümə edib Türkiyədə təbliğ etmək qərarına gəldik. Çox sevindirici haldır ki, bu işdə bizə görüşdüyümüz bəzi diaspora təşkilatlarımız da dəstək verəcəklərini dedilər”, - deyə qurumdan məlumat verilib.
Məlumatda o da bildirilir ki, bu günə kimi Türk Dünyası İqtisadi Araşdırmalar Topluluğu (TÜDİAT) rəhbərlərindən və Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəz Şurası üzvü Cavid Əliyev, həmçinin Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası rəhbəri İsa Ambarcıyla görüş olub. Onlar da öz növbələrində bu mövzuda hər zaman AAQQ-ın yanında olacaqlarını bəyan ediblər.