Hər gün 800 milyon insan ac qalır.
Keniyada bir ailənin gəlirinin üçdə biri rüşvətə gedir.
Dünyanın üçdə biri müharibə vəziyyətindədir.
Siqaret çəkənlərin 82%-i İEO ölkələrdə yaşayır.
150-dən çox ölkədə işgəncə var.
Bir Yapon qadını orta hesabla 84 il, bir Botsvanalı qadın sadəcə 39 il yaşayır.
Afrikada 30 milyon insan AİDS-dir.
Silahlı hücumların dörddə biri təbii sərvətləri ələ keçirmək üçün baş verir.
ABŞ-da hər həftə orta hesabla 88 şagird məktəbə silah aparır.
Hər il 10 dil ölür.
Dünyada ən az 300 min insan düşüncə günahkarıdır.
Hər il 2 milyon gənc qız və qadın sünnət edilir.
İntiharla ölənlərin sayı, hücumlarda ölənlərdən daha çoxdur.
Silahlı hücumlarda 300 min uşaq əsgər döyüşür.
Sadə bir ingilis gündə 300 dəfə kameralara tuş gəlir.
İngiltərədə 2001-ci il seçkilərində 26 milyon adam, Pop Idolun ilk mövsümündə isə 32 milyon adam səs verib.
ABŞ hər il pornoqrafiyaya 10 milyard dollar pul xərcləyir.
ABŞ quldur dövlət elan etdiyi 7 ölkədən 33 dəfə daha çox hərbi xərclər edir.
Dünyada 27 milyon qul var.
Amerikalılar zibilliyə saatda 2,5 milyon plastik şüşə atırlar. Yəni üç həftədən bir aya getmək üçün şüşə yığılır.
Kasıb ailələrin uşaqlarının psixoloji problemlə üzləşmələri, varlı ailələrə nisbətən 3 dəfə çoxdur.
İngilis supermarketləri müştəriləri haqqında hökumətdən daha çox məlumat sahibidir.
Yeni Zelandiyadan İngiltərəyə təyyarə ilə gətirilən bir dənə kivi atmosferə öz ağırlığından 5 dəfə çox istixana qazı buraxır.
ABŞ-ın BMT-yə 1 milyarddan çox borcu var.
Rusiyada ildə 12 mindən çox qadın ailə daxili şiddətə görə həyatını itirir.
15 yaşlı ingilislərin yarısı narkotik istifadəçisidir, dörddə biri isə siqaret çəkir.
Dünyada piylənmənin üçdə biri İEO ölkələrdə yaşanır.
Erkən hamiləlik inkişaf etmiş ölkələr arasında ABŞ və İngiltərədə müşahidə olunur.
Çində 44 milyon qadın itkin düşüb.
2002-ci ildə edamların 81%-i ABŞ, Çin və İranda baş verib.
Avropadakı hər inək üçün verilən gündəlik 2.50 dollarlıq yem, Afrikanın 75%-inin gündəlik dolanışığından daha çoxdur.
Dünya əhalisinin beşdə biri gündə 1 dollardan aşağı maddi vəsaitlə dolanır.
70-dən çox ölkədə eyni cinsli iki insanın münasibət qurmağı qadağandır, 9 ölkədə isə cəzası ölümdür.
1 ildə 13,2 milyon Amerikalı plastik əməliyyat etdirib.
Mina partlayışları nəticəsində saatda 1 insan ölür və ya şikəst qalır.
Hindistanda 44 milyon uşaq işçi var.
Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kq süni maddə yeyir.
Dünyanın ən çox qazanan idmançılarından olan qolfçu Tiger Voods ildə 78 milyon dollar, yəni saniyədə 148 dollar qazanır.
Amerikada 7 milyon qadın və 1 milyon kişi həzm problemi yaşayır.
Motorlu vasitələr dəqiqədə iki insan öldürür.
Amerikalıların üçdə biri yadplanetlilərin varlığına inanır.
Amerikada qara dərili kişilərin həbs olunmaq ehtimalı 33%-dir.
Dünyadakı qanundankənar narkotik bazarı 400 milyard dollardır.
Hər il 120 min gənc qız və qadın Qərbi Avropaya satılır.
1977-ci ildən bu yana ABŞ-dakı abort klinikalarında 80 min şiddət və təcavüz hadisəsi yaşanıb.
Neft ehtiyatları 2040-cı ildə tükənə bilər.
McDonaldsın qızıl kəmərini tanıyanların sayı, Xristian tacını tanıyanlardan çoxdur.
Braziliyada Avon qadınlarının sayı əsgərlərdən çoxdur.
Vaşinqtondakı lobbi sənayesində 67 min adam, hər seçilmiş konqres üzvü üçün 125 adam işləyir.