Quba 6 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, yaranan çətinlikləri aradan qaldırmaq məqsədi ilə əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Quba Ərazi Hidrometrologiya Müəssisəsindən verilən məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Bura 23 santimetr qar yağıb. Quba və Qusarın rayon mərkəzlərində isə 10-12 santimetr hündürlüyündə qar yağıb.
Qar Qırğızda, Xınalıqda 5 santimetr, Quba Qusarda 12 santimetr, Kürsüdə, Təngəaltıda 10 santimetr, Susay, Qonaqkənd ərazisində 18 santimter, Altağacda 20 santimetr hədində yağıb. Ən çox qar isə Qusar Ləzə ərazisində 23 santimetr müşashidə olunmuşdur.
Lerik, Gədəbəy və Daşkəsənə də qar yağıb. Bu rayonlarda qar ciddi fəsadlar törətməsə də ,kənd yollarında bir sıra çətinliklər yaradıb.