Şou əhlini başına toplayan rəqqasə möhtəşəm mərasim düzənləyib.
Mərasimdə yerli şou-biznesin tanınmış simaları iştirak edib. Onların arasında müğənni Nadir Qafarzadə, Aysel Əlizadə, Emil Bədəlov, Günay Məhərrəmli, Xatirə İslam, Kərim, “S twins” qrupunun üzvləri Sevil və Sevinc bacıları, rəqqasə Sevda Sanəliyeva və başqaları olub.
F.Fətəliyeva tədbirin əvvəlində qol qaldırıb, oynayıb. Onu həmkarları müşayiət edib. Rəqqasə bildirib ki, bu məktəbi açmaq onun çoxdankı arzusu olub:
“Allaha şükür olsun ki, uzun illərdir istədiyim arzuma çatdım. Burada mənimlə yanaşı, Azərbaycanın ən tanınmış rəqqas pedaqoqları tələbələrə rəqsin sirlərini öyrədəcəklər”.
Daha sonra isə tort kəsilib. Fatimə tortu Xatirə İslamın körpə oğlu Emillə birlikdə kəsib.
Tədbirə qatılan hər bir sənətçi Fatiməni təbrik edib, ona uğurlar arzulayıb.