Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ucarda kanalizasiya sistemi yenidən qurulur

Ucarda kanalizasiya sistemi yenidən qurulur


Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb.



"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.



Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.

İcrasına 2011-ci ilin oktyabrında başlanmış "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nə əsasən, Ucar şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə Külüllü su mənbəyi seçilib. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 ədəd su anbarı tikilib.



Buradan şəhər mərkəzinədək 500-560 mm diametrli polietilen borularla 57 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatıb və şəhərə suyun verilməsinə başlanılıb. Özüaxımlı rejimdə olan magistral xətdən marşrut boyunca yerləşən 15 kəndin hər birinə çıxışlar verilib.



Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində hər birinin tutumu 1500 kubmetr olan 2 ədəd su anbarı tikilir. Külüllü-Ucar magistral xətti ilə Ucar şəhərinə su verildikdən sonra şəhərdə fasiləsiz su təchizatı rejiminə keçilib, uzun müddət su almayan küçə və məhəllələrin içməli su problemi öz həllini tapıb.



Layihəyə uyğun olaraq Ucar şəhərində 107 km şəhərdaxili su şəbəkəsinin 93 km-lik hissəsində işlər başa çatıb, 3 minə yaxın evə birləşmə verilib. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi 5170 abunəçinin 1700-ə qədəri smart-kart tipli su sayğacları ilə təmin edilib. Ucar Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi isə yekunlaşmaq üzrədir.



Layihəyə əsasən, Ucar şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 88 km-ə yaxın kanalizasiya şəbəkəsi qurulacaq. Artıq kanalizasiya şəbəkəsinin 20 km-lik hissəsində tikinti işləri başa çatıb.



Xatırladaq ki, yeni layihənin icrasına qədər Ucar şəhərinin sakinləri fasilələrlə artezian suyu alır və ya arx sularından istifadə edirdi.


Teqlər:
Bu xəbər cəmi 2305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR