Ötən gecə Tarif (qiymət) Şurası Azərbaycanda benzin və dizel yanacağının qiymətinin artırılması haqda qərar verib. “Qafqazinfo” xəbər verir ki, bu gündən artıq sözügedən məhsullar yeni qiymətlərlə satılır. Oxuculara maraqlı olan isə qiymətləri qaldıran qurumun – Tarif Şurasının tərkibidir. Bu quruma kim rəhbərlik edir? Üzvləri kimlərdir? Qurumun tərkibini oxuculara təqdim edirik:
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilib. Fərmana görə quruma Azərbaycanın keçmiş iqtisadi inkişaf, indiki iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev rəhbərlik edir. Üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini - Azər BayramovAzərbaycan Respublikası vergilər nazirinin 1-ci müavini - Natiq Əmirov
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Toğrul Musayev
Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini - Gülməmməd Cavadov
Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini - Musa Pənahov
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini -İltimas Məmmədov
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini - Elsevər Ağayev
Azərbaycan Respublikası təhsil nazirinin müavini – Ceyhun Bayramov
Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini - İlqar Rəhimov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini - Səfər Mehdiyev
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini - Dövlətxan Dövlətxanov