QOÇ – Səhhətinizin qayğısına qalsanız, gün ərzində digər xoşagəlməzliklərlə rastlaşmayacaqsınız. Xüsusən də nəqliyyatda ehtiyatlı olmalısınız. Tanımadığınız adamlarla təmasa girməyin.
BUĞA – Maraqlı və zövqlü bir gün yaşayacaqsınız. Sizi dəstəkləyənlər də çoxalacaq. Xeyirxah əməllərinizin sayını artırın. Təxminən saat 16-dan etibarən fəaliyyətinizdə dönüş olmalıdır.
ƏKİZLƏR – Qarşınızda bir qədər gərgin gün durduğundan bacardığınız qədər təmkin nümayiş etdirməlisiniz. Ailədaxili problemlərinizin həllinə çalışın, onlarla birlikdə əylənməyə çalışın.
XƏRÇƏNG – Günün ilk yarısında bir qədər pərişanlığınız gözlənilir. İnsanlara münasibətinizi dəyişin. İşlə bağlı gözləntiləriniz müsbət nəticə verməlidir. Digər yeniliklər də gözlənilir.
ŞİR – İlk növbədə şəxsi büdcənizin durumunu dirçəltməyə çalışın. Çünki indiki məqamda problemlərinizin az qala hamısı pula bağlıdır. Əgər planlaşdırmısınızsa, səfərə çıxa bilərsiniz.
QIZ – Göy qübbəsi məsləhət görür ki, nahara qədər enerjinizi dağıtmayasınız. Çünki sonrakı müddətdə bir neçə istiqamətdə fəallaşacağınız gözlənilir. Axşam riskli görüşlərə razılıq verməyin.
TƏRƏZİ – Maliyyə çətinliyiniz olsa da, bu tarixi sıxıntı içində başa vurmayacaqsınız. Əksinə, qarşınıza çıxan insanlar sizə böyük ümidlər verəcək. Dəyərli məsləhətləri eşitməyə hazır olun.
ƏQRƏB – Qarşınızda xoş bir gün durub. Qarşılıqlı münasibətlərdə mövcud olan kəm-kəsirlər xeyli yumşalacaq. Yüksək çinli adamlarla görüşləriniz perspektivlərinizi reallığa yaxınlaşdıracaq.
OXATAN – Səhər saat 06:22-də Təzə Ay bürcünüzdə doğduğundan, bu, nəzərdə tutduğunuz işlərin həyata keçməsində əhəmiyyətli rol oynayacaq. Bu gün maddi durumunuzda irəliləyiş olsa da, səhhətinizi də qorumalısınız.
OĞLAQ – İşlə bağlı aktivliyinizi artırın. Aldığınız hər bir tapşırığı ləyaqətlə icra edin. İnsanlara elə münasibət göstərin ki, qoy sizə güvənənlər daha da etibar etsin. Əks cinslərə qarşı kobud olmayın.
SUTÖKƏN – Yalnız münasibətləri düzəltmək baxımından uğurlu gündür. Bu səbəbdən fəaliyyətə çox da aludə olmayın. Vəziyyəti dirçəltmək üçün ilk növbədə ailədən başlayın. Onların könlünü alın.
BALIQLAR - Ulduzlar məsləhət görür ki, gün ərzində özünüzü çox yormayasınız. Vaxt tapıb qohum-əqrabanıza da baş çəkin. Günün ikinci yarısında işgüzar sövdələşmələrə başlamaq uğurlu nəticə verəcək.