Bu barədə Yüksək Texnologiyalar Parkının ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zamin Nurəhmədov bildirib.
Onun sözlərinə görə, həmçinin pilot layihələr həyata keçirilir. O qeyd edib ki, tikinti dizayn işləri hazır olduqdan sonra tikinti işlərinə başlanılacaq.
Z.Məmmədov bildirib ki, Parkın tikintisinin texniki şərtlərini həyata keçirmək üçün 8 məsləhətçi şirkətlə danışıqlar aparılır.O, bu şirkətlərin həm yerli, həm də xarici şirkətlər olduğunu qeyd edib.
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı Pirallahı rayonu ərazisində salınacaq.