Cənub regionunda QİÇS-ə yoluxmuş şəxslərin sayı artıb. Respublika QİÇS-lə mübarizə mərkəzinin Lənkəran regional labaratoriyasından verilən məlumata görə, bu ilin son 10 ayı ərzində cənub regionunun 6 rayonunda 81 yeni yoluxma faktı aşkarlanıb.
Rayon QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndəsi, Rəmiəli İbişov: bildirdi ki, “Onlardan Lənkəranda 25, Astarada 18, Masallıda 21, Cəlilabadda 5, Lerikdə 2 yoluxma faktı aşkar olunmuşdur. Əsas aşkar olunmuş şəxslər narkoqəbul edicilər arasında idi. Sonra onların ailə üzvlərinə keçir. Onlar arasında doğulmuş uşaqlar da var. Hazırda tendensiya dəyişmək üzrədir. Yəni qadınlar arasında da bu xəstəlik qeydə alınır”.
Umumiyyətlə isə cənub bölgəsində QİÇS-li xəstələrin sayı 699 nəfərdir. Bunun 80%-ini kişilər, 20%-ni qadınlar təşkil edir. Yaş həddinə gəlincə 20-60 yaş arasında yoluxma faktları daha çoxdur. Yoluxmuş şəxslər arasında təkcə Lənkəranda 67 ölüm faktı baş verib. Onlardan 4-ü bu il həyatını dəyişib. QiÇS-li xəstələrin müayinə və müalicəsini isə bilavasitə onların yanında təşkil etmək məqsədilə ötən ildən Lənkəran rayon mərkəzi xəstəxanası nəzdində “Antiretrovirus” terapiyası mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin rəhbəri, Həsənağa Cəbiyev: “Bizim mərkəzdə region üzrə 100-ə yaxın xəstə qeydiyyatımızdadır. Bunların həm müayinəsini , həm müalicəsini , sonrakı müalicə nəticəsinə nəzarəti biz həyata keçiriririk. Bunların 60-ı kişi, 40-ı qadındır”.
Qeyd edək ki, əvvəllər paytaxta müalicə alan xəstələrin regionda anonim müalicəsinin təşkilinin xəstəliyin səmərəli müalicəsinə müsbət təsir edəcəyi deyilir.