Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın ən çox idxal etdiyi məhsullar - Siyahı

Azərbaycanın ən çox idxal etdiyi məhsullar - Siyahı
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan xarici ölkələrdən 5 min 960 çeşiddə 8 mlrd. 877 mln. 295 min dollar məbləğində məhsul idxal edib.


Beləliklə, ilin 10 ayında Azərbaycan xarici ölkələrdən 2 mlrd. 232 mln. 926 min dollar məbləğində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini idxal edib. Bu məhsulların idxalı ümumi idxalın 25%-ni təşkil edib. Bu ilin 10 ayında bu məhsullar üzrə idxal ötən ilin analoji dövründən 8% artıq olub.



Maşın mexanizmlərindən sonra ən böyük məbləğdə idxal olunan məhsullar nəqliyyat vasitələri və onların hissələri olub. Yanvar-oktyabr ayları ərzində 1 mlrd. 235 mln. 143  min dollar məbləğində nəqliyyat vasitələri və onun hissələri idxal edilib.



Hesabat dövründə Azərbaycanın idxalında qara metallar və onlardan hazırlanan məmulatlar üçüncü ən böyük məbləğdə idxal olub.



Bu məmulatların idxalı 975 mln. 550 min dollar məbləğ təşkil edib ki, bu da ümumi idxalın 11%-i qədər olub.



İlin 10 ayında 953 mln. 789 min dollar məbləğində isə yeyinti məhsulları idxal olunub. Bu məhsullar ümumi idxalın 10%-ni tutub. Yeyinti məhsullarının idxalı keçən ilin müvafiq dövründən 16% artıq olub.



Yeyinti məhsullarından buğda idxalda böyük həcmi tutub. Hesabat dövründə 346 mln. 209 min dollar məbləğində buğda idxal olunub ki, bu da ötən ilin müvafiq dövründən 60% artıqdır.



Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı 277 mln. 472 min dollar təşkil edib. Bu məmulatlar ümumi idxalın cəmi 3%-ni tutub.



İdxalda öndə olan digər məhsullar isə Oduncaq və ondan hazırlanan məmulatlar olub. Bu məmulatların idxalı 256 mln. 086 min dollar təşkil edib.



Əczaçılıq məhsulları da ən çox idxal olunan məhsullar arasında olub. Bu məhsulların idxalı 205 mln. 439 min dollar təşkil edib.



Ən çox idxal olunan məhsullar arasında yer alan şəkərin idxalı isə 155 mln. 395 min dollar məbləğində olub.



Azərbaycan sement idxalını da 30% artıraraq 128 mln. 165 min dollar məbləğində bu məhsuldan idxal edib.



Ən çox idxal olunan digər məhsullar isə mebel və onun hissələri olub. Bu məhsulların idxalı 74 mln. 936 min dollar təşkil edib.



İdxalda yeyinti məhsullarından məbləğinə görə fərqlənən məhsullara gəlincə bunlar bitki və heyvan mənşəli piylər və yağlar (62 mln. 956 min dollar), meyvə-tərəvəz (23 mln. 636 min dollar), kərə yağı (18 mln. 251 min dollar), ət (11 mln. 504 min dollar), süd (7 mln. 348 min dollar) məhsulları olub.


Teqlər:
Bu xəbər cəmi 2100 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR