Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Aydın Bəşirova qarşı ilginc ittihamlar

Aydın Bəşirova qarşı ilginc ittihamlar
Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin sabiq rəisi irimiqyaslı maxinasiyalarda suçlanır


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan daxili yoxlamalar on milyonlarla ölçülən maxinasiyaları üzə çıxarıb. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsi ilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib.

Yoxlamalar zamanı bəlli olub ki, A.Bəşirov təkcə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin inzibati binasının təmirinə sənədlər üzərində nə az, nə çox düz 27 milyon manat silib. Bu fantastik rəqəmin qarşılığında bina orta səviyyədən də aşağı təmir edilib. Binanın təmiri adı ilə mənimsənilən məbləğin ayrılmış vəsaitin təxminən 80-90 faizini təşkil etməsi də gələn məlumatlar sırasındadır.

Bundan başqa A.Bəşirovun ikili mühasibatlıq aparması da üzə çıxıb. Məlum olub ki, gəmilər sənədlərdə göstərilən marşrutlar üzrə hərəkətdə olmayıblar. Çox ustalıqla həyata keçirilən ikili sənədləşmələrin varlığı gəmi kapitanları və ekipaj üzvlərinin sorğu-sualından sonra aydın olub.

Hazırda QSC-də ən çox müzakirəsi aparılan məsələlərdən biri də “Həzi Aslanov” və “Qafur Məmmədov” tankerlərinə ayrılan milyonlarla manat vəsaitlə bağlıdır.

Məlum olub ki, A.Bəşirov “Həzi Aslanov”u 9 il ərzində təmir adı “Zaqafqaziya Federasiyası” adına Gəmi təmiri zavodunda saxlayıb. Guya hər iki tankerdə ikinci dib adlanan yeni qatlar düzəldilməymiş. Bu illər ərzində təkcə “Həzi Aslanov” un təmirinə sənədlər üzərində 7 milyon manat vəsait xərcləndiyi qeyd edilib. Faktiki isə “Həzi Aslanov” tankeri bu illər ərzində daha da istifadəyə yararsız vəziyyətə düşüb. A.Bəşirovla ona yaxın kadr olan zavodun direktoru Bəxtiyar Rəhimov isə hər il hesabdan hesaba pul köçürüblər. “Qafur Məmmədov” tankerində də eyni kateqoriyaya aid təmir işləri adı ilə zavodda 5 il dayanıb. Bu illər ərzində təmirə sənədlər üzərində 5 milyon manat ayrıldığı göstərilib. Amma işlər görülməyib, tanker sahildə dayanmaqdan korroziyaya uğrayıb. Qurumun yeni sədri Rauf Vəliyev hər iki tankerin vəziyyəti ilə maraqlanandan sonra gəmilərin istismara yararsız olduğunu söyləyib. Sonradan tankerlərin kəsilib metalloma verilməsini məqsədəuyğun hesab edib.

CASPAR-da yoxlamalar dekabrın 22-nə qədər davam edəcək. Bu yoxlamaların nəticəsi haqda yuxarılara təqdim edilmək üçün qovluqlar hazırlanır.

Bundan əvvəl də Aydın Bəşirovla bağlı oxşar ittihamlar səsləndirilib. Lakin o, bütün bu ittihamların əsassız olduğunu iddia edib.


Teqlər:
Bu xəbər cəmi 1095 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR