Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səlim Müslümov: “Cəzalandırma davam edəcək”

Səlim Müslümov: “Cəzalandırma davam edəcək”
“İlk tələb etdiyim məsələ Tibbi-Sosial Ekspert komissiyalarında mövcud qüsurların aradan qaldırılmasıdır. Dünən mətbuatda da müvafiq komissiyanın 14 rəhbərinin işdən azad edildiyi haqda məlumat verildi. Biz statistik göstəricilər əsasında orta respublika göstəricisindən mənfi istiqamətdə yuxarı göstəricilərə malik olan komissiyaların sədrlərini cəzalandırdıq. Bu proses davam edəcək”. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, 17 700-dən artıq şəxs yerlərdə TSEK-lərdə müayinələrdən keçib və onlara əlillik verilməsi barədə qərar qəbul olunub: “Pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fondu və ya yerli orqanlardan müavinət almaq məqsədilə onlara sadəcə arayış verilməli idi. Amma bu sənəd onlara verilməyib. Onların içində 2011-ci ildən qalan onkoloji, dializ, hətta birinci qrup xəstələr var idi. Biz təcili surətdə bu məsələ ilə məşğul olduq. Bir gündə 2 280-dən artıq şəxsə müvafiq arayışın verilməsi təmin olundu”. S.Müslümov əlavə edib ki, digər 15 mindən artıq şəxsin işlərinə isə demək olar ki, 5 gün ərzində baxılıb: “Təxminən 10 mindən çox işə baxılıb. Bu nə çətin məsələ idi ki, insanları 2 il süründürüblər?” Nazir qeyd edib ki, ümumiyyətlə, arayışların verilməsi, ünvanlı sosial yardımların təyin olunması avtomatlaşdırılacaq və digər məsələlərə yeni baxış, yeni yanaşma olacaq.

Teqlər:
Bu xəbər cəmi 1860 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR