Milli Məclisin plenar iclasnın gündəliynə təklif edilmiş yeni dəyişikliyə görə, avtoxuliqanlara qarşı cərimələrin miqdarı kəskin artırılıb və onların hüquqi məsuliyyəti müəyyən edilib.
Bu məqsədlə Qanunun 296-1 maddəsi olan “Avtoxuliqanlıq” maddəsinin 296-1.1 bəndinə müvafiq dəyişiklik təklif olunub.
Bu dəyişikliyə görə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətə görə, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırmaqla 500 manatdan 750 manatadək cərimə ediləcək.
Və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək inzibati həbs tətbiq olunacaq.
Əgər eyni hərəkətlər il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilərsə, avtomobil idarə etmə hüququ 2 il məhdudlaşdırlmaqla 750 manatdan 1000 manatadək miqdarda cərimə olunacaq. Yaxud avtomobil idarə etmə hüququ 2 il məhdudlaşdırlmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qanuna təklif edilmiş dəyişiklik Milli Məclisin dekabrın 3-də keçiroləcək plenar iclasının gündəliyinə daxil edilib./modern.az/
Xatırladaq ki, bu ilin mart ayında Milli Məclisin deputatı Çingiz Qənizadə “Qafqazinfo”ya açıqlamasında qanunvericilik təşəbbüsü ilə çıxış edərək avtoxuliqanların 1 ilədək müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxarılması üçün Milli Məclisin rəhbərliyinə təqdim etmişdi.