Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gələn həftə Bakıda 19-cu “Bakutel-2013” sərgisi keçiriləcək

Gələn həftə Bakıda 19-cu “Bakutel-2013” sərgisi keçiriləcək
Dekabrın 2-5-də Bakıda 19-cu “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakıtel 2013”) sərgisi keçiriləcək.


Sərgi öncəsi keçirilən mətbuat konfransında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu ilin “İKT ili” elan olunması ilə əlaqədar sərgi bir qədər fərqli keçiriləcək.



Onun sözlərinə görə, sərgi çərçivəsində çoxsaylı işgüzar görüşlər, müxtəlif toplantılar, habelə sərgi ziyarətçiləri üçün çoxsaylı maraqlı tədbirlər planlaşdırılıb və bu tədbirlərdə yüksəkvəzifəli qonaqlar iştirak edəcəklər.  



O qeyd edib ki, sərgi çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (“TASIM”) və Avropa İran Sürətli Magistralının (EPEC) çəkilməsi, Azərbaycanda Yüksək Texnologiyalar parkının yaradılması, peyk layihələri üzrə tədbirlər keçiriləcək.



E.Vəlizadənin sözlərinə görə, sərgidə “start-up”lara da yer veriləcək və bu il 11 gənc mütəxəssis öz yeni həllərini nümayiş etdirəcək.



Nazir müavini bildirib ki, bu il 15 ölkə milli pavilyonu ilə (Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və s.) İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirəcəklər.



Onun sözlərinə görə, Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər.



Sərginin meneceri Rəna Abutalıbova bildirib ki, bu il sərgi meydançası 35% genişləndirilib.



O qeyd edib ki, sərgidə yerli iştirakçılarla yanaşı, dünyanın 28 ölkəsindən 300 şirkəti iştirak edəcək:



“Bu il “Bakutel” sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin ümumilikdə 12000 m2 olan üç zalı və foyesini əhatə edir. Foyedə yerləşəcək Azərbaycanın milli pavilyonunda son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi işlər haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunacaq”.



Sərginin meneceri qeyd edib ki, sərgidə İKT sahəsini əks etdirən layihələrin nümayişi ilə yanaşı, ilk dəfə olaraq Bakıdakı sərgidə öz stendi ilə iştirak edən Birləşmiş Millətlər Təşkilatının (BMT) pavilyonu da yerləşəcək:



“Sərgi eksponentlərinin 40%-i daimi iştirakçılardır. Dörd gün ərzində sərgi ekspozisiyası telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları seqmentlərini əhatə edəcək. Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələr öz əksini tapacaq”.



O həmçinin əlavə edib ki, “Azərkosmos” şirkətinin stendində milli telekommunikasiya peykinin fəaliyyətinin gələcək illərdəki planları əks olunacaq. Sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin təqdim olunması üçün yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti nümayiş olunacaq.


Teqlər:
Bu xəbər cəmi 1185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR