Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vahid Əhmədov həyəcan təbili çaldı

Vahid Əhmədov həyəcan təbili çaldı
Vətəndaşlarımızın ölkəyə qayıdışı faktdır və xüsusi dövlət proqramına ehtiyac var


Oqtay Haqverdiyev: «Miqrant axınının yaradacağı təhlükənin qarşısını almaq üçün sistemli iş görülməlidir»“Azərbaycanda kiçik sahibkarlığın inkişaf etdirilməsi olduqca önəmlidir”. Bunu APA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Rusiyadan bəzi azərbaycanlı iş adamlarının Azərbaycana qayıtması məsələsini şərh edərkən bildirib: “Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtması bir faktdır. Odur ki, həmin şəxslərlə bağlı Azərbaycanda iş yerləri təşkil etmək üçün xüsusi bir dövlət proqramına ehtiyac var”.

Onun sözlərinə görə, məsələ ilə bağlı əsas diqqətin bölgələrə yönəldilməsi tələb olunur. “Həmvətənlilərimizin işlə təmin olunması, müəyyən sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün xüsusi bir proqram qəbul olunmalı və həyata keçirilməlidir. Bölgələrdə əsas infrastruktur işləri həyata keçirilib. Indi əsas məqsəd rayonlarda iş yerlərinin açılmasıdır. Bununla bağlı təkliflərimiz var və Azərbaycan hökuməti də məsələni nəzərdən keçirir”, - deyə V.Əhmədov əlavə edib.

Rusiyad yaşayan həmyerlilərimizin böyük çətinliklərlə üzləşməsi artıq hər kəsə aydındır. Rusiya hökumətinin miqrasiya haqqında qanunu sərtləşdirməsi, azərbaycanlılar işləyən bazarların bağlanması, vətəndaşlarımıza qarşı olan zorakılıq halları deməyə əsas verir ki, xeyli sayda insan vətənə qayıtmağa məcbur olacaq. Ancaq ölkəyə kütləvi axın sosial partlayışla nəticələnə bilər. Çünki kütləvi axın kütləvi işsizlik, yoxsulluğun səviyyəsinin artması deməkdir.Belə bir təhlükənin qarşısının alınması baximından millət vəkilinin təklifin necə qiymətləndirmək olar?

Iqtisadçı ekspert Oqtay Haqverdiyev həqiqətən də bu istiqamətdə dövlət proqramına ehtiyac olduğunu və miqrant axınının xoşagəlməz nəticələrə gətirib çıxara biləcəyini bildirdi: “Hökumət bu problem haqqında illər öncə düşünməli idi və bilməliydi ki, gec-tez miqrantlar ailəsinin yanına qayıtmalıdır. Indi isə biz fakt qarşısında qalmışıq və bu məsələni sistemli şəkildə həll etməliyik. Bu problemi bir günə həll etmək olmaz, buna illər lazımdır. Müəyyən siyahılar tutulmalıdır, daha çox hansı rayonlara qayıdışın olacağı müəyyənləşdirilməlidir və həmin bölgələrdə iş yerləri yaradılmalıdır. Dərin, sistemli iş getməlidir və təhlükənin qarşısı alnmalıdır. Əks halda ölkədə kriminal hadisələrin və yoxsulluğun səviyyəsi artacaq. Mən Vahid Əhmədovun təklifini müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu məsələ dövlət üçün prioritet olmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 1980 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR