Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Heydər Əliyev prospektində yerləşən binalar söküləcək

Heydər Əliyev prospektində yerləşən binalar söküləcək
Nərimanov rayonunda köhnə binaların sökülməsinə start verilir.


Paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzi ilə “Saatlı bina” adı ilə tanınan bina arasındakı 6 bina söküləcək.



Həmin binalarda yaşayan sakinlərin bildirdiyinə görə, onlara evlərindən çıxmaq üçün dekabrın 15-nə qədər vaxt verilib:



“Bizə deyirlər ki, bu köhnə binaları söküb, yerində 7 mərtəbəli binalar tikəcəklər. Bu binalardakı əhali artıq başqa yerlərdə kirayə ev axtarır. Hamının kirayə pulunu da dövlət qarşılayacaq. Elə adam var ki, ona 300 manat, elələri də var ki, 400-500 manat verəcəklər. Deyirlər, iki il kirayə oturandan sonra burda tikiləcək binalardan mənzilimizi verəcəklər. Biz də razılaşmışıq”.



Sakinlər onu da bildiriblər ki, arzusunda olan şəxs evini hər kvadrat metrinə görə 1500 manatdan sata da bilər:



“Burda heç kim evini satmaq istəmir. Şəhərin ən yaxşı yerlərindən biridir. Hamı 2 il başqa yerdə yaşayacaq, binalar tikilən kimi daha geniş evlərə geri qayıdacaq. Bu bizə sərf edir”.



Məlumat üçün bildirək ki, bu binalar 3 və 4 mərtəbəlidir. Böyüklüyündən asılı olaraq həmin binalarda 30, 45, 60 və daha çox ailə yaşayır.



Binaların sökülməsinə gələn ilin əvvəlindən başlanılması gözlənilir. Tikinti işlərinin isə 2015-ci ildə Bakıda keçiriləcək “Avropa Oyunları”na qədər yekunlaşacağı bildirilib.



Qeyd edək ki, həmin binaların fasadı 3 il öncə yüksək səviyyədə təmir olunsa da, binalar “xruşşovka”lardır və artıq öz ömürlərini başa vurublar. Ötən il həmin sıradakı köhnə “xruşşovka”lardan biri söküldü, sakinlər yaxınlıqdakı yeni tikiliyə köçürüldülər. Əvəzində isə sakinlərin ürəyincə olan yaşıllıq ərazisi daha da genişləndirildi.


Teqlər:
Bu xəbər cəmi 1615 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR