Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış “Production Sharing Agreement” tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yatağından hasil olunur.
Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.
Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.
Bildirək ki, Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti 2013-cü il üçün “Gədəbəy” qızıl yatağından 60 000 unsiya və ya 1 ton 866 kq qızıl hasil etməyi hədəfləyir.