Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün boz ay başlayır

Bu gün boz ay başlayır


Xalq inancına görə, bu gün gecədən etibarən kiçik çillə başa çatır və boz ay dövrü başlayır.

Ta qədimlərdən insan öz ətrafında baş verən prosesləri, xüsusən də təbiət hadisələrini diqqətlə izləyib.



Bu hadisələri onun yaşayışına, güzəranına necə təsir etməsinə görə təsnifləndirib və həmin dəyişiklikləri özünün ilkin bədii təxəyyülündə ibtidai şəkildə olsa da obrazlaşdırmağa çalışıb.



Həyatı çətinliyə salan, sıxıntılarla imtahana çəkən qışın obrazı, heç şübhəsiz ki, ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı. Elə buna görə də canlı danışıqda geniş yer alan “Qara qış”, “Böyük çillə”, “Kiçik çillə” kimi adlar təbiətin sərt iqliminin, diriliyə uyar olmayan çağının tarixi-semantik məzmun daşıyıcısı kimi ortaya çıxıb.



Bir çox hallarda “qış”ın əvəzedicisi kimi işlənən “çillə” sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamındadır. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə “çillə çıxartma”, “çilləkəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir.



Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-də başlayan qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə davam edir. Kiçik çillədən sonra Novruzadək qalan 30 gün, daha dəqiq desək fevralın 20-dən martın 20-dək olan dövr boz ay adlanır.



Qeyd edək ki, daha mülayim olan böyük çillədən fərqli olaraq kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.



Onu da bildirək ki, kiçik çillənin başa çatması ilə bundan sonra havalar tədricən isinməyə doğru gedəcək. Boz ay isə martın 20-də başa çatacaq. Bu il ölkə ərazisində baharın gəlişi də elə martın 20-si Bakı vaxtı ilə təxminən saat 15:02 radələrində baş verəcək.


Teqlər:
Bu xəbər cəmi 1715 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR