Qəni Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilən sərgidə lənkəranlı ustaların əl işləri olan tətbiqi sənət nümunələri nümayiş etdirilib.
Cənub bölgəsinin məişətini, folklorunu və etnoqrafiyasını əks etdirən sənətkarlıq nümunələri özünəməxsusluğu ilə diqqət çəkib.
Sərgi sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsinin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədi daşıyır.
Qeyd edək ki, sərgi keçən ilki sərgidən daha geniş təşkil olunub. Belə ki, bura 50-dən çox klub müəssisə əl işini nümayişə çıxarıb.
Həftə boyu davam edəcək sərgidə ən çox tamaşaçı marağı qazanan işlər və sənətkarlar sonda “Ustad sənətkar” və laureat diplomları ilə mükafatlandırılacaq.